Salome Zurabişvili İlham Əliyevi təbrik edib
24.12.2019 12:51 Rəsmi

Salome Zurabişvili İlham Əliyevi təbrik edib

Mediapost-un məlumatına görə, təbrik mətnində deyilir:

"Cənab Prezident,

Doğum gününüz münasibətilə Sizi təbrik etməkdən böyük şərəf duyuram.

Sizin rəhbərlik etdiyiniz Azərbaycan Gürcüstanın mehriban dostu və tərəfdaşıdır. Gürcüstanla Azərbaycan arasındakı münasibətlər həqiqətən də nümunəvidir. Mən inanıram ki, biz regionda sabitliyin möhkəmləndirilməsi və gələcəkdə daha da gücləndirilməsi istiqamətində bundan sonra da bir çox faydalı addımlar atacağıq.

Sizə möhkəm cansağlığı, ölkənizə rifah, sülh və müvəffəqiyyətlər arzu edirəm".

Xəbərlər departamenti

Gündəm