Şamaxı rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib - FOTO
TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Ehtiram Feyzullah oğlu Rüstəm-zadə Şamaxı rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib.
"MediaPost"un xəbərinə görə, Ehtiram Rüstəm-zadə 1989-1995-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1993-1998-ci illərdə Bakı şəhər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasında tibb qardaşı, həkim-pediatr işləyib.
O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bir çox vəzifələrdə çalışıb.