Şamaxıda restoranda toy edənlər cərimələnib
03.03.2021 13:29 Hadisə

Şamaxıda restoranda toy edənlər cərimələnib

Şamaxıda “Şirvangöl” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə toy məclisi təşkil edilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "MediaPost"a verilən məlumata görə, polislər tərəfindən həmin restorana baxış keçirilən zaman orada 50-yə yaxın şəxsin bir yerə toplaşaraq məclisdə iştirak etdiyi aşkar olunub. Restoranı işlədən Kənan Fərmanov və məclisi təşkil edən 13 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Xəbərlər şöbəsi

Gündəm