Samirə Musayeva: "Bu günə qədər 44 mindən çox sahibkara ödəniş edilib"
22.04.2020 20:26 İqtisadiyyat

Samirə Musayeva: "Bu günə qədər 44 mindən çox sahibkara ödəniş edilib"

“Bu günə qədər 44 mindən artıq sahibkara 32 milyon manatdan artıq ödəniş edilib”.

“MediaPost” xəbər verir ki, bunu AZTV-nin efirində çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

O bildirb ki, ölkədə koronavirus pandemiyasına görə, fərdi (mikro) sahibkarlara bu günə qədər 32 milyon manatdan artıq ödəniş edilib. Bu isə sahibkarlara verilməsi nəzərdə tutulan 80 milyon manatlıq dəstək tədbiri üzrə ayrılan vəsaitin təxminən 40 faizdən çoxu deməkdir.

Hansı vergi güzəştləri ediləcək? - BAŞ İDARƏ RƏİSİ AÇIQLAYIR- VİDEO

Samirə Musayeva əlavə edib ki, koronavirusun zərər vurduğu iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilər üçün nəzərdə tutulmuş 215 milyon manatlıq dəstək tədbiri də reallaşdırılmaqdadır: "Artıq 15 mindən çox sahibkarın 147 924 nəfər işçisi üzrə 33 milyon manatdan çox (ayrılmış vəsaitin təxminən 16%-i qədər) ödəniş edilib".

Xəbərlər departamenti

Gündəm