Sankt-Peterburqda yanğın: Ölənlər və yaralananlar var
04.11.2020 13:52 Dünya

Sankt-Peterburqda yanğın: Ölənlər və yaralananlar var

Sankt-Peterburda fərdi yaşayış evində yanğın baş verib.

"MediaPost" xəbər verir ki, bu barədə "Ren TV" məlumat yayıb. Məlumatda səhər saatlarında baş verən yanğın nəticəsində 85, 90 və 99 yaşlı üç nəfərin həyatını itirdiyi, iki nəfərin müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı qeyd olunub.

Hadisənin baş vermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Anara Mikail

Gündəm