"Şanlı Ordumuzun ard-arda əldə etdiyi uğurlar bizə hədsiz sevinc bəxş edir"
20.10.2020 21:27 Daxili siyasət

"Şanlı Ordumuzun ard-arda əldə etdiyi uğurlar bizə hədsiz sevinc bəxş edir"

Milli Məclisin sədri Sahibə Qafarova Zəngilanın işğaldan azad edilməsi ilə bağlı “Twitter” hesabında paylaşım edib. 

"MediaPost"un məlumatına görə, parlamentin sədri paylaşımında qeyd edib ki, gözəl diyarımız Zəngilan işğaldan azad olunub: “Son günlər Şanlı Ordumuzun ard-arda əldə etdiyi uğurlar bizə hədsiz sevinc bəxş edir. Əminəm ki, bu uğurlar torpaqlarımızın tam işğaldan azad olunmasını ən qısa müddətdə təmin edəcəkdir. Yaşasın Azərbaycan!”.

Xəbərlər departamenti

Gündəm