Sarkisyanla Qasparyan arasında görüş baş tutub
03.03.2021 16:21 Dünya

Sarkisyanla Qasparyan arasında görüş baş tutub

Ermənistan prezidenti Armen Sarkisyanla Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan arasında görüş baş tutub.

"MediaPost" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı son hadisələrin yaratdığı gərgin vəziyyəti müzakirə ediblər.

Verilən qərarlardan asılı olmayaraq, ölkənin təhlükəsizliyi və sabitliyinin birinci dərəcəli olduğu vurğulanıb.

Anara Mikail

Gündəm