Seçiciləri qanunsuz ələ almağa çalışan namizədlə bağlı araşdırma aparılacaq
23.01.2020 14:58 Daxili siyasət

Seçiciləri qanunsuz ələ almağa çalışan namizədlə bağlı araşdırma aparılacaq

"MediaPost"un məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bu gün keçirilən iclasında bildirib.

Qurum rəsmisinin sözlərinə görə, bununla bağlı həmin dairədən olan digər namizədlərdən MSK-ya məlumat daxil olub: “Tural Zeynalovun qanunu pozması ilə bağlı, seçiciləri ələ almaq üçün onlara ərzaq paylaması kimi hallar qeydə alınıb. Sosial şəbəkələrdə də bununla bağlı məlumat var. Tural Zeynalov özü də sosial şəbəkə profilində belə fotolar paylaşıb. Belə halların qarşısı alınmalı və namizədlər üçün bərabər şərait yaradılmalıdır”.

MSK-nın iclasında həmin namizədlə bağlı araşdırma aparılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Xəbərlər departamenti

Gündəm