Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək
07.02.2020 08:20 Cəmiyyət

Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək

TƏBİB-dən "MediaPost" verilən xəbərə görə, böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları işləyəcək. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün işçiləri iş başında olacaq. Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. Hər bir çağırışa çevik cavab veriləcək.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm