Seçkiyə görə baş həkimə şiddətli töhmət verildi
11.02.2020 11:50 Cəmiyyət

Seçkiyə görə baş həkimə şiddətli töhmət verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Report"un sorğusuna cavab olaraq bildirib ki, baş həkimə şiddətli töhmət verilib.

TƏBİB-dən qeyd olunub ki, quruma dəvət olunan baş həkim izahatında hava şəraitinin soyuq olduğuna görə, işçilərin seçkiyə getmələri üçün maşın ayrılmasını xahiş etdiklərini deyib: "İstənilən halda, bu, qanun pozuntusudur və təcili yardım maşınlarından yalnız nəzərdə tutulmuş halda istifadə edilə bilər”.

Xatırladaq ki, sosial şəbəkələrdə həmin rayonda təcili yardım atomobilləri ərazidəki 57 saylı seçki dairəsinə aid olan seçki məntəqələrinə seçici daşıdığı iddiası ilə bağlı görüntülər yayılıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm