Seda Sayan oğluna 2,5 milyonluq avtomobil aldı
06.11.2020 15:48 Şou-biznes

Seda Sayan oğluna 2,5 milyonluq avtomobil aldı

Müğənni Seda Sayan əri, sabiq futbolçu Sinan Engindən dünyaya gələn oğlu Oğulcan Enginə bahalı avtomobil alıb.

“MediaPost” xəbər verir ki, o, maşın üçün 2,5 milyon lirə (təxminən, 500 min manat) pul ödəyib.

Oğulcan sevgilisi Ezgi Eyüboğlu ilə ötən həftədən etibarən avtomobilinin keyfini çıxarmağa başlayıb.

Pərviz Hüseyn

Gündəm