“Sədərək” Ticarət Mərkəzi yanır - FOTO, VİDEO
“MediaPost”un məlumatına görə, hadisə səhər 8.00 radələrində qeydə alınıb.
Yanğınsöndürən maşınlar əraziyə cəlb olunub. Ticarət Mərkəzinin işçilərindən birinin saytımıza verdiyi məlumata görə, 8-ci sırada yerləşən 10-a yaxın mağaza zərər görüb.
Bax: "Sədərək"dəki yanğından son görüntülər - FOTO, VİDEO
Sözügedən obyektlərin əksəriyyətində parça satıldığı bildirilir. İlkin versiyaya görə, yanğının bu səbəbdən gücləndiyi söylənilir.
Bax: "Sədərək"dəki yanğında 9 nəfər xəsarət aldı - AÇIQLAMA
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
***
"MediaPost" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
"MediaPost"