"Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub, 2 nəfər xəsarət alıb
08.12.2019 10:58

"Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub, 2 nəfər xəsarət alıb

APA-nın məlumatına görə, Xırdalan-“Binə” Ticarət Mərkəzi istiqamətdə hərəkət edən 596 saylı, “01 BS 245” dövlət nömrə nişanlı avtobusla “90 NK 538” dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlardan birinin durumu ağırdır. Qəzada xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Mediapost.az



Xəbərlər departamenti

Gündəm