Səfərbərlikdən tərxis edilmiş vətəndaşların nəzərinə
17.01.2021 12:30 Hərbi

Səfərbərlikdən tərxis edilmiş vətəndaşların nəzərinə

Səfərbərlikdən tərxis edilmiş vətəndaşların müraciətlərinə baxılması üçün daha iki komissiya yaradılacaq.

 "MediaPost" APA-ya istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, fəaliyyətimizin genişləndirilməsi üçün 2 səyyar qrup daha yaradılması qərara alınıb.

"Yanvar ayının 18-dən etibarən Bakı şəhərində yerləşən Pirişükül qəsəbəsindəki hərbi hissədə və Gəncə şəhərində yerləşən hərbi hissənin ərazisində səyyar  komissiya fəaliyyət göstərəcək.

Xəbərlər şöbəsi

Gündəm