Səfir: "Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və haqq işini dəstəkləyir"
06.12.2019 07:30 Siyasət

Səfir: "Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və haqq işini dəstəkləyir"

Mediapost.az xəbər verir ki, bunu Qətərin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə deyib.

O bildirib ki, ölkəsi beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində daim Azərbaycanın haqq işini dəstəkləyir.

Qeyd edək ki, görüşdə hərbi sahədə əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Xəbərlər departamenti

Gündəm