Səfirimizdən Fransız mediasına: "Ayıb olsun"
09.11.2020 12:59 Xarici siyasət

Səfirimizdən Fransız mediasına: "Ayıb olsun"

Azərbaycanın Parisdəki səfiri Rəhman Mustafayev ondan aldığı müsahibəni yayımlamayan Fransız Agentliyinə (AFP) sərt reaksiya verib.

“MediaPost” xəbər verir ki, səfir bu barədə "Twitter"də yazıb.

“Müsahibəmi yayımlamağı qəbul etməyən AFP və müxbir Didier Laurasa ayıb olsun. Bizə söz verməkdən və yazılarımızı yayımlamaqdan imtina edən "Le Figaro" və digər media orqanlarına çox təəssüf edirik. İfadə azadlığı Fransada belə “işləyir”.

Səfir Lauresin ona və Oliver adlı birinə göndərdiyi elektron poçtu da paylaşıb:

“Çıxışların məzmunu nəzərə alınaraq xəbərə çevirməməyə qərar verdik. Bəhs etdiyi ittihamlar təsdiqini tapmayıb” – maildə qeyd edilib.

 

Billurə Yunus

Gündəm