Səfirlik bir qrup hindistanlının Şəhidlər xiyabanında klip çəkdirməsinə münasibət bildirib
13.01.2020 12:28 Xarici siyasət

Səfirlik bir qrup hindistanlının Şəhidlər xiyabanında klip çəkdirməsinə münasibət bildirib

"MediaPost"un xəbərinə görə, səfirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hansısa şəxslər tərəfindən nümayiş olunan bu cür davranışlar tərəfimdən pislənilir.

"Hazırda diplomatik korpus məsələnin araşdırılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi və digər adiyyəti qurumlarla birgə işləyir", - səfirlikdən vurğulanıb.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər xiyabanında klip çəkdirib. Görüntülər sosial şəbəkələrdə və xəbər saytlarında yayılıb. Klipdə gənclərin qəbirlərin önündən ritmik mahnının sədaları altında qaçdıqları və rəqs etdikləri görünür. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm