Şəhər və rayonlarında avtobus parklarının yenilənmə prosesi başlayıb
26.11.2019 08:58 Gündəm

Şəhər və rayonlarında avtobus parklarının yenilənmə prosesi başlayıb

Quba, Şamaxı, Zaqatala, Masallı, Mingəçevir və Gəncədə avtobus parklarının yenilənmə prosesi başlayıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Mediapost.az-a verilən məlumata görə, artıq daşıyıcı şirkətlər həmin şəhər və rayonlarda avtobusların bəzilərini yeniləri ilə əvəz ediblər.

Respublika üzrə yaşı (istismar müddəti) 10 ildən yuxarı olan avtobusların statistikası 77 faizdən yuxarı idisə, hazırda avtobusların yenilənməsindən sonra bu rəqəm 64 faiz-ə enib.

Xəbərlər departamenti

Gündəm