Səhiyyə Nazirliyi Ruhi-Əsəb Dispanserindəki hadisə ilə bağlı məlumatlara münasibət bildirib
11.01.2020 13:58

Səhiyyə Nazirliyi Ruhi-Əsəb Dispanserindəki hadisə ilə bağlı məlumatlara münasibət bildirib

Nazirliyin Mətbuat Xidmətindən "MediaPost"-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan video görüntü 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib.

“Videogörüntünü xəstəxanaya yoxlanışa yaxud, xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm