Səhiyyə Nazirliyi və İTSDA Çindən gələn vətəndaşların durumu ilə bağlı məlumat yayıb
12.02.2020 06:57 Cəmiyyət

Səhiyyə Nazirliyi və İTSDA Çindən gələn vətəndaşların durumu ilə bağlı məlumat yayıb

"MediaPost" xəbər verir ki, birgə açıqlamada koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində karantində saxlanılan sonuncu şəxsin evə buraxıldığı bildirilib.

Qeyd olunub ki, xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır: "Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti bu gün bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Gün ərzində evə buraxılacaqlar. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevral ayının 14-ü bitir , onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda qalan 6 nəfər də evə buraxılacaq".

Xəbərlər departamenti

Gündəm