Səhiyyə Nazirliyində yeni kadr təyinatı olub
04.11.2019 12:52 Gündəm

Səhiyyə Nazirliyində yeni kadr təyinatı olub

Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi vəzifəsinə təyinat olub.

Nazirlikdən Mediapost.az-a verilən məlumata görə, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Əmrə əsasən, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi təyin edilib.

Xəbərlər departamenti

Gündəm