Şəhriyar Del Gerani "Real" TV-də
15.09.2020 16:30 Mədəniyyət

Şəhriyar Del Gerani "Real" TV-də

Gənc şair Şəhriyar Del Gerani “Real” TV-də işə başlayıb.

“MediaPost”un məlumatına görə, onun proqramı “Real izim – Şəhriyarla” adlanacaq. Şair bu barədə özü məlumat verib:

“Azərbaycan televiziya tarixində ilk konseptual televiziya proqramı. Tarixi şəxsiyyətlərlə və hadisələrə bayrağımızın gözüylə baxış: türkçülük; müasirlik; İslam. Bu üçlü baxışda Azərbaycan var. Akademik təhlil, yaradıcı yanaşma, çağımız üçün ən faydalı nəticə. Bir sözlə, adiliyin təntənəsi. Bu proqramda müəllif və aparıcı kimi qarşınıza çıxacam. Amma sizdən biri kimi. Ən sadə və adi dildə dialoqa gedəcəyik. Bizi maraqlandıran cavablar yox, suallardır. Bütün cavablar yanlışdır, həqiqi olan suallardır. Biz sizə cavab yox, sual verəcəyik. Başladıq. Eşqlər!”

Pərviz Hüseyn / “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm