Səlimin anası da koronavirusdan vəfat etdi
09.03.2021 13:48 Şou-biznes

Səlimin anası da koronavirusdan vəfat etdi

Əməkdar artist Səlim Abbasovun anası koronavirusdan dünyasını dəyişib.

"MediaPost" xəbər verir ki, skripka ifaçısının valideyni bu gün müalicə aldığı Zığda yerləşən modul tipli xəstəxanada vəfat edib.

Qeyd edək ki, S. Abbasov ötən gün instaqram hesabında açıqlama yayaraq anasının koronavirusa yoluxduğunu və vəziyyətinin ağır olduğunu bildirmişdi.

Əməkdar artistin atası Vaqif Abbasov isə üç gün əvvəl “COVID-19”dan həyatını itirib.

Xəbərlər şöbəsi

Gündəm