Şəmkirdə baş verən qəzadan sağ çıxan olmadı
28.01.2020 09:56 Hadisə

Şəmkirdə baş verən qəzadan sağ çıxan olmadı

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "MediaPost"a daxil olan məlumata əsasən, yanvarın 27-də saat 21 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində kənd sakini Ramin Əmiraslanov idarə etdiyi “Lexus” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinləri olan qohumları Habil və Şahin Əmiraslanovlar hadisə yerində ölüblər.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm