Azərbaycanda dəhşətli qətl: Kişi 25 yaşlı arvadının başını kəsdi - FOTOLAR
19.04.2020 13:00 Kriminal

Azərbaycanda dəhşətli qətl: Kişi 25 yaşlı arvadının başını kəsdi - FOTOLAR

"MediaPost" APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Posanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə yaşayan 25 yaşlı Nailə adlı qadın əri tərəfindən boğazı kəsilərək qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.

Qeyd edək ki, hadisədən bir neçə gün əvvəl ər (Mübariz Məmmədov) arvadının (Nailə Məmmədova) telefonuna gələn SMS-ə görə evdə dava salıb.

Bu barədə arvadını qətlə yetirən kişinin dayısı məlumat verib. Məlumata görə, bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb.

Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib.



Xəbərlər departamenti

Gündəm