Şəmkirdə evi yananda xəsarət alan müəllim öldü
21.02.2020 11:40 Hadisə

Şəmkirdə evi yananda xəsarət alan müəllim öldü

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yanıq xəsarətləri ilə Bakı şəhərində xəstəxanaların birinə yerləşdirilən, 1978-ci il təvəllüdlü Zöhrab Əhmədov orada ölüb.

Qeyd edək ki, 10 gün əvvəl baş vermiş yanğın nəticəsində Z.Əhmədovun anası Mahı Bayramov hadisə yerində, 9 yaşlı oğlu isə xəstəxanada ölüb. Z.Əhmədov Ələsgərli kənd Tam Orta Məktəbin riyaziyyat müəllimi işləyirmiş.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm