Şəmkirin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 8 milyon manat ayrılıb
19.12.2019 13:35 Rəsmi

Şəmkirin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 8 milyon manat ayrılıb

Mediapost.az-ın məlumatına görə, sərəncamla Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 8 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Xəbərlər departamenti

Gündəm