Senat Trampla bağlı son qərarını verdi
06.02.2020 06:22 Dünya

Senat Trampla bağlı son qərarını verdi

“MediaPost”un xarici mətbuata istinadən verdiyi məlumata görə, "vəzifəsindən sui istifadə etmək" adı ilə başladılan səsvermədə 48 senator Trampın əlehinə, 52 senator isə lehinə səs verib.

"Konqresin fəaliyyətinə mane olmaq" adı ilə başladılan ikinci səsvermədə 47 senator Trampın əlehinə. 53 senator isə lehinən səs verib.

ABŞ Senatı prezidentin impiçmenti üzrə prosesdə Donald Trampa hər iki maddə üzrə bəraət qazandırıb.

Beləliklə, Donald Tramp ABŞ tarixində Endru Conson və Bill Klintondan sonra bəraət qazanan 3-cü dövlət başçısı olub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm