"Separatçılar və yerli ermənilər arasında qarşıdurma yarana bilər" - 4 min dollar tələbinə SƏRT REAKSİYA
19.09.2023 13:45 Daxili siyasət

"Separatçılar və yerli ermənilər arasında qarşıdurma yarana bilər" - 4 min dollar tələbinə SƏRT REAKSİYA

Xankəndidəki separatçı qurum Qarabağ ermənilərinin Ermənistana getməsinə mane olur. Onlar Ermənistana gediş-gəliş üçün adambaşına 4 min dollar tələb edirlər. Bu haqda erməni bloger Natali Aleksanyan məlumat paylaşıb. Görünən odur ki, separatçılar Qarabağ ermənilərinin onların tabeliyində yaşamaq istəməməsindən ciddi narahatlıq keçirirlər və hər vəchlə bunun qarşısını almağa çalışırlar.

Bəs görəsən, bu addım separatçılar və yerli ermənilər arasında qarşıdurmaya səbəb ola bilərmi?

Mövzunu “MediaPost”a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Qarabağda quldur rejim mövcuddur. Bu rejim insanların həyatlarına, azadlıqlarına, hərəkət istəklərinə əngəl yaradır: “Bu hadisə Azərbaycanın əlində fürsət yaradır ki, öz vətəndaşları sayılan Qarabağ ermənilərini separatçı və quldur rejimdən xilas etmək üçün antiterror əməliyyatlarına başlasın.

alt text

Bu, həm də onun göstəricisidir ki, Qarabağda yaşayan ermənilər öz gələcəklərinin separatçı xunta rejimin tabeliyində uğurlu olmayacağını dərk edirlər. Bu səbəbdən də yaşadıqları ərazini tərk etməyə çalışırlar. Saxta rejimin başında duranlar isə buna imkan verməyərək prosesə əngəl törədirlər”.

Politoloqun sözlərinə görə, Qarabağ boşalandan sonra artıq separatçılar “120 min insan acından ölür”, yaxud “Azərbaycan etnik təmizləmə” siyasəti aparır kimi nağıllar danışa bilməyəcəklər: “Ona görə də, bunun qarşısını alırlar və Qarabağdakı varlıqlarını qoruyub saxlamaq istəyirlər. Prosesə mane olmaq üçün rəsmi Bakı hərəkətə keçməli və antiterror əməliyyatlarına başlamalıdır”.

Müşviq Tofiqoğlu

Gündəm