Serbiya-Macarıstan sərhədində gizli tunellər aşkarlanıb
01.12.2019 08:58

Serbiya-Macarıstan sərhədində gizli tunellər aşkarlanıb

AZƏRTAC xəbər verir ki, bu tunellər miqrantların Macarıstan sərhədini gizlicə keçməsi üçün istifadə olunurmuş. Tunellər sərhədlərdə inşa olunmuş dəmir barmaqlıqların altında keçirdi.

Tunellərdən biri Macarıstanın cənubunda yerləşən və Serbiya ilə həmsərhəd Asottalom kəndindədir. Buradan keçmək istəyən 44 miqrant həbs olunub. Digər tunel isə Macarıstanın Çikeriya kəndinə doğru qazılıb.

Serbiya Miqrasiya Xidmətinin məlumatına əsasən, son aylarda Macarıstana qanunsuz yollarla keçənlərin sayı artıb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm