Serbiya Prezidenti Əliyevə başsağlığı verdi
07.08.2020 11:59 Xarici siyasət Siyasət

Serbiya Prezidenti Əliyevə başsağlığı verdi

Avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"MediaPost" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Aleksandr Vuçiç iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar başsağlığı verib. 

Xəbərlər şöbəsi

Gündəm