Sərdar müğənni sevgilisi ilə barışdı
08.08.2020 10:28 Şou-biznes Mədəniyyət

Sərdar müğənni sevgilisi ilə barışdı

Türkiyəli ifaçı Sərdar Ortaç ayrıldığı sevgilisi, müğənni Seçil Gürlə barışıb. Onlar ticarət mərkəzlərinin birində görüntülənib.

“MediaPost” xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran sənətçi fikirləri ilə diqqət çəkib:

S.Ortaç “Sizi təkrar bir arada görmək çox gözəldir” sözlərinə “Biz heç ayrılmamışdıq. Sadəcə, mən axmaqlıq etdim və üzr istədim. Seçil məni bağışladı. O, mənim hər şeyimdir. Əslində, ən yaxşı dostumdur”, deyə cavab verib.

Cütlük daha sonra uzaqlaşaraq məkanı tərk edib.

Xəbərlər şöbəsi

Gündəm