Sergey: Bu hadisə Moskva və Ankara ilə münasibətlər çərçivəsində “əlavə dəyər” yaradacaq
11.11.2020 12:00 Dünya Qarabağ Azərbaycandır

Sergey: Bu hadisə Moskva və Ankara ilə münasibətlər çərçivəsində “əlavə dəyər” yaradacaq

"Azərbaycan Rusiyadan sonra mövcud status-kvonu öz xeyrinə pozmağa və əvvəllər itirilmiş ərazilərin qaytarılması prosesinə başlamağa qadir olan ikinci dövlət oldu".

"MediaPost" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin aparıcı tədqiqatçısı, Moskvadakı Siyasi və Hərbi Analiz İnstitutunun Etnik münasibətlər şöbəsinin müdiri və "Beynəlxalq Analitika" jurnalının baş redaktoru Sergey Markedonov bildirib.

"Azərbaycan-Ermənistan münaqişəsində yeni bir sıçrayış, əhəmiyyəti baxımından Qafqaz bölgəsi hüdudlarından kənara çıxdığını göstərdi. Görünən odur ki, bir çox postsovet dövlətləri üçün "payız müharibəsi" hərtərəfli öyrənilməyə layiq olan uğurlu bir nümunə kimi qəbul ediləcək. Qarabağ özü Qərb üçün elə də maraqlı deyil. Lakin Moskva və Ankara ilə münasibətlər çərçivəsində bu amil “əlavə dəyər” yaradacaq. Bu baxımdan keçmiş müharibələrə deyil, gələcək təhdidlərə əvvəlcədən hazırlaşmaq son dərəcə vacibdir", - deyə Markedonov qeyd edib.

Anara Mikail

Gündəm