Sərhəddən 10 kq-dan çox narkotikin keçiriliməsinin qarşısı alınıb
13.04.2020 10:18 Kriminal

Sərhəddən 10 kq-dan çox narkotikin keçiriliməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Bu barədə "MediaPost"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən son bir həftə ərzində 2 halda 10 kq 490 qr narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Daxil olmuş əməliyyat məlumatlarına əsasən, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 kq heroin və 1 kq 950 qr metamfetamin, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 4 kq 730 qr heroin və 1 kq 770 qr metamfetamin aşkar edilərək götürülmüşdür.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbərlər departamenti

Gündəm