Sərxoş sürücü eyni vaxtda üç qəza törətdi, xəsarət alan var
15.02.2020 08:23 Hadisə

Sərxoş sürücü eyni vaxtda üç qəza törətdi, xəsarət alan var

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini Zakir Məmmədov sərxoş halda idarə etdiyi "QAZ-24" markalı avtomobilini qarşıdan gələn "VAZ-2106" markalı avtomobilə çırpıb.

Sərxoş sürücü hadisə yerindən qaçmaq istəyən zaman avtomobili qarşıdakı evin hasarına çırpıb. Daha sonra hadisə yerindən uzaqlaşmağa cəhd edərkən bu zaman piyadını vurub. Nəticədə piyada yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm