Səudiyyə Ərəbistanı edamlarına görə rekord vurub
15.01.2020 10:12 Xarici siyasət

Səudiyyə Ərəbistanı edamlarına görə rekord vurub

"MediaPost" xarici mətbuata istinadən xəbər verir ki, "Reprieve" təşkilatının sənədinə əsasən, 90 nəfər xarici vətəndaş olmaqla 184 nəfər edam edilib. Bu rəqəmə görə, ölkədə son illərlə müqayisədə ölüm cəzasının sayı artıb.

Edam edilənlərdən 82 nəfərinin narkotik qaçaqçılığından, 57-nin cinayət törətməsindən təqsirləndirildiyi bildirilir.

Təşkilatın hesabatına əsasən, 2015-ci ildən bu yana ölüm qərarlarının verilməsində artım müşahidə edilir.

Bu ilin yanvar ayında isə 4 nəfərin edam olunduğu qeyd edilir.

Jurnalist Camal Qaşıqçının qətli və Yəməndə baş verən hadisələrlə əlaqədar ölüm qərarlarının verilməsi də hesabatda yer alıb.


Xəbərlər departamenti

Gündəm