Səudiyyə Ərəbistanı neft alıcılarına 3 aylıq ödəniş möhləti verib
15.04.2020 15:00 İqtisadiyyat

Səudiyyə Ərəbistanı neft alıcılarına 3 aylıq ödəniş möhləti verib

Səudiyyə Ərəbistanı Avropa və Asiyadan olan müştərilərinə alacaqları neftin ödənişinə görə, 90 günlük güzəşt verəcək.

“MediaPost” “Reuters”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı neft bazarında dempinq etməkdə davam edir. Belə ki, Səudiyyə Ərəbistanın neft şirkəti, alıcılarına Brent markalı neftə rekord güzəştlər etməklə yanaşı ödəniş üçün 3 aylıq möhlət hüququ da verib.

Baxmayaraq ki, OPEC+ ölkələri razılığa gəliblər və tarixdə ilk dəfə olaraq rekord həcmdə neft hasilatını azaldıblar. Amma Səudiyyə Ərəbistanı qiymət müharibəsi aparmaqda davam edir. Qeyd edək ki, Rusiya bu razılaşmada Səudiyyə Ərəbistanından 2 dəfə çox hasilatı azaltmağa razı olub.

Xəbərlər departamenti

Gündəm