"Səudiyyə Ərəbistanı Quranı dəyişdirib"
29.01.2020 10:56 Cəmiyyət

"Səudiyyə Ərəbistanı Quranı dəyişdirib"

"MediaPost" xarici mətbuata istinadən xəbər verir ki, tərcümədə 300 ayənin təhrif edildiyi iddia olunur.

Kral Fahd Akademiyası dünyanın bir çox ölkələrinə satılan Quran kitablarına nəzarət edən qurumlardan biridir.

Məlumata görə, bu akademiyanın rəhbərliyi altında ivrit dilənə tərcümə edilən yeni Qurani-Kərimdə 300 ayədə yanlışlıqlara yol verilib.

Fələstin xəbər agentliyi olan "Shebab"ın verdiyi məlumata görə, ivrit dilinə tərcümə olunan müqəddəs kitabda Məhəmməd Peyğəmbərin adı çıxarılıb, Əl-Əqsa məscidi isə heykəl olaraq qeyd edilib.

"İvrit dilinə tərcümə olunan Quranın Tövrata paralel olması da, diqqət çəkən məqamlardandır. Bu da Kral ailəsinin İsrailə daha da yaxınlaşmaq meyilindən qaynaqlanır. Sionistlərə görə, Əl-Əqsa məscidinin altında Süleymanın heykəli var" - sayt yazır.

"Shebab"ın bu məsələni ortaya çıxarmasından sonra Kral Fahd Akademiyası tərəfindən nəşr olunan Qurani-Kərimin ivritcə tərcüməsi internet səhifələrindən silinib.

"MediaPost"



Xəbərlər departamenti

Gündəm