Səudiyyə Ərəbistanında koronaviruslu xəstələrə zəm-zəm suyu paylanılır
13.04.2020 07:22 Dünya

Səudiyyə Ərəbistanında koronaviruslu xəstələrə zəm-zəm suyu paylanılır

Səudiyyə Ərəbistanında xəstəxanalarda koronavirusdan müalicə olunan şəxslərə zəm-zəm suyu paylanılıb.

"MediaPost" xəbər verir ki, bu barədə "SPA" məlumat yayıb. Agentlik zəm-zəm suyunun bütün xəstəxanalara paylanıldığını yazıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanın koronavirusa yoluxanların sayı 4462, bu infeksiyadan ölənlərin sayı isə 59 nəfərdir.

Onu da qeyd edək ki, zəm-zəm suyu Məkkə şəhərində, islam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılıb.

Xəbərlər departamenti

Gündəm