Səudiyyə Ərəbistanından 15 noyabrda qüvvəyə minəcək Türkiyə qadağası
Səudiyyə Ərəbistanı Türkiyədən heyvan məhsullarının idxalını qadağan edən qanun qəbul edib.
“MediaPost” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ər-Riyad Ticarət Müşavirliyi tərəfindən qəbul edilən qərar 15 noyabr 2020-ci il tarixindən qüvvəyə minəcək.
İstanbul Balıqçılıq və Heyvan Məhsulları İxracatçıları Birliyi İdarə heyəti Başçısı Müjdat Sezer açıqlamasında Səudiyyə Ərəbistanının siyasi səbəblərdən dolayı belə bir qərar qəbul etdiyini açıqlayıb.