Sevda Ələkbərzadədən yeni albom - VİDEO
Əməkdar artist Sevda Ələkbərzadə "Hisslərim dumanda" adlı albomunu təqdim edib.
“MediaPost” xəbər verir ki, müğənni eyniadlı mahnıya klip də çəkdirib.
“EP – kiçik albomun üzərində biz düz 4 ay çalışmışıq. “Hisslərim dumanda” bu ilin ilk albomu olmaqla yanaşı, həm də Azərbaycanda olmayan bir iş üslubu ilə fərqlənir. Belə ki, albomda 4 mahnı var. Onların biri orijinal, digər 3 versiya isə bu mahnının fərqli musiqi üslubunda olan remiksləridir. Orijinal versiyanın musiqisi və sözləri Sheyh Ree tərəfindən yazılıb”.
Qeyd edək ki, ekran işinin rejissorluğunu Fərhad Əli edib.