Seyid Əli əs-Sistani: “Böhrandan yeganə çıxış yolu erkən seçkilərdir”
20.12.2019 16:16 Xarici siyasət

Seyid Əli əs-Sistani: “Böhrandan yeganə çıxış yolu erkən seçkilərdir”

Mediapost.az “Reuters”ə istinadən xəbər verir ki, Sistani Kərbəladakı cümə xütbəsində bu barədə bildirib. "Vətəndaş müharibəsindən və xaosdan qaçmağın ən sürətli və dinc yol ədalətli seçki qanunu qəbul etdikdən sonra erkən seçki keçirərək xalqın yanına qayıtmaqdır", – deyə o əlavə edib.

Xatırladaq ki, oktyabrın 1-də xalq iğtişaşları dalğası başlayandan bəri 450-dən çox insan, əsasən, silahsız nümayişçilər və eyni zamanda təhlükəsizlik qüvvələrindən bir neçə nəfər öldürülüb. Əksəriyyəti gənclərdən olan etirazçılar siyasi sistemdə köklü dəyişiklik tələb edirlər.

Coşqun Əli

Xəbərlər departamenti

Gündəm