Si Tsinpin: “Çin mümkün genişmiqyaslı müharibəyə hazırlaşır”
30.03.2023 16:02 Dünya

Si Tsinpin: “Çin mümkün genişmiqyaslı müharibəyə hazırlaşır”

Çin Xalq Azadlıq Ordusu (AXC) və Çin xalqı mümkün genişmiqyaslı müharibəyə tam hazır olmalıdır. 

MediaPost "Foreign Affairs" jurnalına istinadən xəbər verir ki, bu barədə Çinin sədri Si Tsinpin parlamentin illik iclasında bildirib.

Jurnalın rəyçiləri iclaslar zamanı sədrin “Çini müharibəyə hazırladığını” bildirən dörd çıxışının məzmununa diqqət çəkib.

“Bizim məcbur ediləcəyimiz müharibələr qarşısında düşmənlərimizlə onların başa düşdüyü dildə danışmalı, sülh və hörmət qazanmaq üçün qələbədən istifadə etməliyik ”, - Si Tsinpin Çin parlamentinin mart iclaslarından əvvəl dərc olunmuş essesində yazıb.

Bildirilir ki, Xi 2022-ci ilin dekabr ayından etibarən Çində yeni hərbi komissarlıqlar və toplaşma məntəqələri açıb ki, Pekin mümkün qədər tez “ehtiyat qüvvələrini aktivləşdirsin və müharibə vəziyyətində döyüş hissələrinin artırılması sistemini təsis etsin”.

Xəbərlər departamenti

Gündəm