Silahlılar Trampın malikanəsinə girib: 3 nəfər tutulub
07.08.2020 15:03 Gündəm Dünya

Silahlılar Trampın malikanəsinə girib: 3 nəfər tutulub

ABŞ prezidenti Donald Trampın Mar-a-Lagoda yerləşən malikanəsinə silahla girən 3 yeniyetmə nəzarət altına alınıb.

“MediaPost” xəbər verir ki, hadisə Floridada baş verib. Polisdən qaçan 15 yaşlı yeniyetmələr çantalarında dolu vəziyyətdə olan “AK-47” tipli tüfənglə prezidentə məxsus malikanənin divarından içəri tullanıb.

Verilən məlumata görə, onlar “silahı tapdıqlarını” iddia edərək həyətə polislərdən gizlənmək üçün girdiklərini və mülkiyyətin kimə aid olduğunu bilmədiklərini deyiblər.

Adları açıqlanmayan yeniyetmələr silahla mülkiyyətə icazəsiz daxil olmaq, soyğunçuluq və polisə müqavimət göstərməkdə ittiham olunub. 

Qeyd edək ki, ötən il Trampın Mar-a-Lagodakı malikanəsinə icazəsiz giriş edərkən tutulan çinli qadın 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm