Şimali Koreyada koronavirusa görə nazirlik işçisi güllələndi
14.02.2020 14:03 Dünya

Şimali Koreyada koronavirusa görə nazirlik işçisi güllələndi

“MediaPost”un xarici mətbuata istinadən xəbərinə görə, Şimali Koreya Ticarət Nazirliyinin işçilərindən biri Prezident Kim Çen Inla Çinə səyahətindən sonra təhlükəsizlik məqsədilə karantinə alınıb.

Nazirlik işçisinin karantində olmasına baxmayaraq hamama getdiyi üzə çıxıb. Əvvəlcə həbs olunan nazirlik rəsmisi atıcı manqa tərəfindən güllələnərək öldürülüb.

Xatırladaq ki, Şimali Koreya Çinlə sərhəd bölgələrdə koronavirus epidemiyasına qarşı ciddi tədbirlər görüb. Hökumət rəsmiləri açıqlamalarında epidemiyaya qarşı aparılan mübarizəyə zidd hərəkət edənlərin ağır şəkildə cəzalandırılacaqlarını açıqlayıb.

Xəbərlər departamenti

Gündəm