Simptomsuz keçən COVID-19 xəstəliyi ürək üçün təhlükəlidir
07.11.2020 09:44 Cəmiyyət

Simptomsuz keçən COVID-19 xəstəliyi ürək üçün təhlükəlidir

Koronavirusun (COVID-19) ürəyə ciddi təsiri ola bilər. Belə ki, xəstəliyin ağır keçdiyi hallarda trombların və iltihab prosesinin güclənmə ehtimalı artır. Yeni araşdırmalar zamanı məlum olub ki, bu baxımdan COVID-19 xəstəliyini simptomsuz keçirən cavanların da ürək nahiyəsində təhlükəli iltihab prosesi baş verə bilər.

"MediaPost" “MedikForum” saytına istinadla xəbər verir ki, Qərbi Virciniya Universitetinin alimləri bununla bağlı apardıqları araşdırmaları “Journal of the American College of Cardiology” jurnalında dərc edib. Mütəxəssislər kardioloji müayinədən keçmiş və COVID-19 testi müsbət çıxmış tələbə-idmançıların üçdəbirindən çoxunun ürəyində qüsurlar aşkarlayıblar.

Bununla belə, perikardda, ürəyin ətrafındakı kisədə iltihab əlamətləri və artıq maye artıqlığı müşahidə olunsa da ürək əzələsinin özündə heç bir zədə tapılmayıb.

Qeyd edək ki, bu tədqiqat koronavirus xəstəliyini yüngül və simptomsuz keçirən 54 tələbə üzərində aparılıb.

Xəbərlər şöbəsi

Gündəm