Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu
20.01.2020 11:26 Futbol

Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu

"MediaPost" xəbər verir ki, yığmanın iki futbolçusu - Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqları üçün komandanın heyətindən kənarlaşdırılıblar.

Qeyd edək ki, həmin oyunçular siqaret çəkdikləri üçün cəzalandırılıblar. AFFA bununla bağlı hər iki futbolçunun klublarına məlumat verib.

Xəbərlər departamenti

Gündəm