Şirvanda 4 nəfərin ölümü ilə nəticələnən qəzayla bağlı FHN-dən açıqlama
27.12.2019 11:22 Hadisə

Şirvanda 4 nəfərin ölümü ilə nəticələnən qəzayla bağlı FHN-dən açıqlama

"MediaPost"-un nazirliyə istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində “Hyundai” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan, 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Şirvanda avtomobilin beton sütuna çırpılması nəticəsində 4 nəfər ölüb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm