Şirvanda avtomobil piyadanı vuraraq öldürdü
20.09.2020 18:13 Hadisə

Şirvanda avtomobil piyadanı vuraraq öldürdü

Şirvanda sərxoş vəziyyətdə olan piyadanı avtomobil vuraraq öldürüb.                                         

"MediaPost"un məlumatına görə, hadisə Şirvan şəhəri Gülbala Şıxbala oğlu küçəsində baş verib.

"Chevrolet" markalı avtomobil sərxoş vəziyyətdə qəfil yola çıxan Şirvan sakini, 1958-ci il təvəllüdlü İbrahimov İlham Həmid oğlunu vurub və o, Şirvan Şəhər Mərkəzi  Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, İ.  İbrahimov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm