Şirvanda baş verən yol qəzasında 4 nəfər ölüb - FOTO
27.12.2019 08:12

Şirvanda baş verən yol qəzasında 4 nəfər ölüb - FOTO

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"MediaPost"-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə Şirvanın girişində qeydə alınıb. “Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər ölüb. Ölənlərin 3-ü qadın, 1-i kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gəliblərmiş.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm